Soçidə ABŞ vətəndaşı yaxtasında qanunsuz olaraq odlu silah və döyüş sursatı daşımaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə "Noviy Den” Krasnodar diyarı məhkəməsinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ vətəndaşı Karolina ştatından yaxta ilə yola çıxaraq bir sıra Avropa ölkələrindən keçib və 2025-ci ilin iyun ayında Soçi limanına daxil olub. Sərhəd nəzarətindən keçərkən o, yaxtada odlu silah olduğunu gizlədib.
Aparılan yoxlama zamanı yaxtada odlu silah və döyüş sursatı aşkar edilərək müsadirə olunub.
Soçi Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə ABŞ vətəndaşı odlu silahın və sursatın qanunsuz daşınmasında təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə həbs cəzasına məhkum edilib.
///apa