Avropa İttifaqı Şurasının növbədənkənar sammiti yanvarın 22-də Brüsseldə keçiriləcək.
Bu barədə "Evropeyskaya Pravda” Avropa İttifaqı Şurası Prezidenti Antoniu Koştanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, sammit Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin, o cümlədən Vaşinqtonun Qrenlandiya ilə bağlı niyyətləri fonunda yaranan vəziyyətin müzakirəsinə həsr olunub.
Qeyd olunub ki, sammit Aİ-na üzv ölkələrin liderlərinin şəxsi iştirakı ilə keçiriləcək.
///APA