Arakçının Davosda da çıxışı ləğv edildi

20:00 19 Yanvar 2026

İran xarici işlər naziri Abbas Arakçının Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı ləğv edilib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Abbas Arakçının çıxışı yanvarın 20-də günortadan sonraya planlaşdırılmışdı. Yanvarın 18-də onun adı hələ də spikerlər siyahısında idi, lakin yanvarın 19-da səhər artıq onun adını saytda tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Abbas Arakçı Münhen Təhlükəsizlik Konfransında da iştirak edə bilməyəcək. Bu barədə qərar təşkilatçılar tərəfindən İranda etirazların sərt şəkildə yatırılması fonunda qəbul edilib.



Xəbər xətti