Trampı saunaya dəvət etdi

20:26 20 Yanvar 2026

Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampı Arktika və Qrenlandiya ətrafında yaranmış gərginliyi müzakirə etmək üçün ənənəvi fin saunasına dəvət edib.

Sitat.info “Washington Post” qəzetinə istinadla xəbər verir ki, Finlandiya lideri bu təklifi “qolf diplomatiyasından sauna diplomatiyasına keçid” kimi qiymətləndirib.

Stubbın fikrincə, mürəkkəb siyasi məsələlərin həlli üçün bəzən rəsmi mühitdən uzaqlaşaraq daha sadə və səmimi şəraitdə müzakirələr aparmaq effektiv nəticə verə bilər.

Qeyd edək ki, sözügedən dəvət, Donald Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək niyyətini açıqlamasından sonra transatlantik münasibətlərdə yaranan dərin böhran fonunda səslənib.



Xəbər xətti