Jurnalistin müraciəti Lavrovu əsəbiləşdirdi

20:39 20 Yanvar 2026

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında ona soyadı ilə müraciət edən italiyalı jurnalist Katerina Doliona irad bildirib.

 
Sitat.info Rusiya mətbuatına istinadən xəbər verir ki, mətbuat konfransı zamanı RAI telekanalının müxbiri Mariya Zaxarovaya ad və ata adı ilə müraciət edərək ona təşəkkür edib. Həmçinin o, “cənab Lavrov”a da minnətdarlığını bildirib.
 
Buna cavab olaraq Rusiya XİN rəhbəri onu düzəldib: “Sergey Viktoroviç”.



Xəbər xətti