Nazirlik pəhriz proqramları ilə bağlı çağırış etdi

16:12 21 Yanvar 2026

Diyet proqramları son illərdə Azərbaycanda geniş yayılıb və xüsusilə, sosial şəbəkələr, fitnes mərkəzləri, eləcə də onlayn platformalar vasitəsilə populyarlıq qazanıb.

Sitat.info Report-a istinadla xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz:

"İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup diyet proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur".

Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi ortaya çıxır.



Xəbər xətti