"Fənərbağça" onu Fransaya satdı

18:36 21 Yanvar 2026

"Fənərbağça" klubunun yarımmüdafiəçisi Sebastian Şimanski karyerasını Fransada davam etdirəcək.

Sitat.info xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Polşalı yarımmüdafiəçi "Renn" klubuna transfer olunub.

İstanbul təmsilçisi bu transferdən 10,5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Şimanskinin Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.



Xəbər xətti