"Güc tətbiq etməyəcəyəm. ABŞ-nin istədiyi tək şey Qrenlandiya adlı yerdir".
Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxış edərkən deyib.
İkinci Dünya müharibəsində Almaniya Danimarkanı altı saata ələ keçirmişdi. Almanları, italyanları və digərlərini məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik. Heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanı ABŞ-dən başqa qoruya biləcək gücə sahib deyil", - deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Qrenlandiya böyük, üzərində demək olar ki, insan yaşamayan, müdafiəsiz və son dərəcə açar rolunu oynayan strateji nöqtədir:
"ABŞ, Rusiya və Çinin düz mərkəzində yerləşir. Biz oranı geri qaytaranda bu qədər əhəmiyyətli deyildi. Strateji maraqlar, milli təhlükəsizlik və beynəlxalq təhlükəsizlik səbəbindən ona ehtiyacımız var".