Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Macarıstan XİN rəhbərinin sözlərinə görə, buna səbəb Macarıstanın Ukraynaya 800 milyard dollar yardıma qarşı çıxmasıdır.
O qeyd edib ki, Ukrayna hökumətinin təzyiqinə baxmayaraq, Macarıstan gələcək 10 il ərzində Avropa İttifaqı vasitəsilə Ukraynaya 800 milyard dollar maliyyə yardımına qoşulmayacaq.
Siyarto əlavə edib ki, Ukrayna hökuməti Macarıstanın daxili işlərinə kobud müdaxilə edir və ölkəyə təzyiq göstərməyə çalışır.
"Ukraynalılar indi Macarıstana təzyiq göstərməyə davam edirlər. Onlar səfirimizi Kiyevə çağırdılar ki, Macarıstanın milli petisiyasında 800 milyard dollar yardıma qarşı imza toplanmasına etiraz etsinlər”, – Siyarto bildirib.
Nazir vurğulayıb ki, bu addım Macarıstanın daxili işlərinə açıq müdaxilədir.
"Macarıstan xalqının vəsaitlərinin necə xərclənəcəyinə yalnız biz qərar veririk. Biz Macarıstan xalqının pulunu Ukraynaya göndərməyə razı deyilik. Bu vəsaitlər ölkədə qalmalı və ölkənin inkişafına, o cümlədən macar ailələrinə dəstək üçün istifadə olunmalıdır,” – o əlavə edib.
Siyarto, eyni zamanda, bildirib ki, Ukrayna Zakarpatiyada Macarıstan hökumət rəsmilərinin səfərlərini məhdudlaşdırmağı planlaşdırır.
"Bu, Avropa dəyərlərinə və qaydalarına zidd, anti-Macarıstan addımıdır. Onlar Macarıstan hökuməti ilə Zakarpatiyadakı macar icması arasında əlaqələri məhdudlaşdırmaq istəyirlər,” – nazir qeyd edib.
///apa