Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

20:39 21 Yanvar 2026

Biləsuvar sakini Bakıda qətlə yetirilib.
 
Sitat.info xəbər verir ki, 1986-ci il təvəllüdlü Günel Tapdıq qızı Abbasova həyat yoldaşı -  Qasımov Firuz Akif oğlu tərəfindən öldürülüb. 
 
F.Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 
Mərhumun nəşi doğulduğu Zəhmətabad kəndinə aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti