Rusiyanı bu müharibəni bitirməyə məcbur etməliyik.
Bunu Finlandiya Prezidenti Aleksandr Stubb Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində bildirib.
Stubb Rusiyanın qalib gəldiyi barədə fikirləri təkzib edib. Finlandiya Prezidenti Rusiya qoşunlarının irəliləyişinin çox yavaş olduğunu və bunun böyük itkilər bahasına başa gəldiyini vurğulayıb.
"Dekabr ayında 34 min Rusiya əsgəri həlak oldu ki, sonra da Kupyanskın alındığını iddia etdilər, halbuki bu, baş verməyib”, - o bildirib.
Stubbun fikrincə, Moskva müharibəni dayandırmaq istəmir, çünki Rusiya üçün "bütün rus əsgərlərinə ödəniş etmək həddən artıq baha başa gələr”. Lakin onun qənaətincə, Rusiyanı sülhə məcbur etmək mümkündür.
"Biz onları bu müharibəni bitirməyə məcbur etməliyik. Burada edə biləcəyimiz iki şey var: birincisi, Ukraynaya bacardığımız hər şeyi vermək, ikincisi isə Rusiyaya iqtisadi təzyiq göstərmək və nəticədə Ukraynanın bu müharibədə qalib gəlməsini təmin etmək”, — Aleksandr Stubb əlavə edib.
///apa