ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüş haqda açıqlama verib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini bildirib.
“Düşünürəm ki, Zelenski ilə görüş yaxşı keçdi”, -o, jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün danışıqlar davam edir.
Qeyd edək ki, Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini deyib.