Ukrayna münaqişəsi ilə bağlı böyük uğur əldə etdik - Vens

20:24 22 Yanvar 2026

ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində əhəmiyyətli irəliləyiş əldə edib, tərəflər arasında birbaşa danışıqların başlaması faktı isə müsbət dinamikanın göstəricisidir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens 23–24 yanvarda BƏƏ-də Rusiya və Ukrayna arasında gözlənilən təmaslar barədə jurnalistin sualını cavablandırarkən deyib.

"Prezident bunu daim bizə deyir. Onun həll etdiyi səkkiz müharibədən bu, ən çətini oldu, halbuki o düşünürdü ki, ən asanı bu olacaq. Onların oturub danışması faktı artıq irəliləyişdir və mən düşünürəm ki, biz burada böyük uğur əldə etmişik", - Vens bildirib.



Xəbər xətti