Ərdoğan Pezeşkianla İrandakı vəziyyətdən danışdı

21:00 22 Yanvar 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

 
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
 
Türkiyə və İran liderləri ikitərəfli və regional məsələləri müzakirə ediblər.
 
Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib. O, "Türkiyənin İrana qarşı xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını" qeyd edib.



Xəbər xətti