Qarabağın qələbə qolunu vuran müdafiəçi ilə bağlı xəbər

15:26 23 Yanvar 2026

Ötən gün UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayntarxt" oyunundan sonra klubun müdafiəçisi Bəhlul Mustafazadənin klubdan ayrılması barədə iddialar gündəmə gəlib.

 

 

Sitat.info xəbər verir ki, Çin klubundan Qarabağa Bəhlul Mustafazadənin transferi ilə bağlı təklif gəlib. Ağdamlılar təklifi az qəbul edib və transferi geri çevirib. Çinlilərin təklif etdiyi məbləğ açıqlanmayıb. Qurban Qurbanov isə heyəti qorumaqda israrlıdı və futbolçunun transferini istəmir
 
Klub rəsmiləri isə bu barədə yekun qərarın olmadığını bildiriblər.
 
Qeyd edək ki,UEFA Çempionlar Liqasında Bəhlul Mustafazadə 1 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.Hazırda futbolçunun dəyəri 1 miliyon avro qiymətləndirilir. 29 yaşı 1 ay sonra tamam olacaq futbolçu, 2024 yayında Ağdamlılarla 3 illik müqaviləsini yeniləmişdi.
///Bakupost.az



Xəbər xətti