İranda daha 305 nəfər həbs edildi

15:48 23 Yanvar 2026

İranda etiraz aksiyalarının dayanmasından sonra bütün bölgələrdə genişmiqyaslı həbslr həyata keçirilir.

Sitat.info xəbər verir ki, bu barədə İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, yanvarın 22-də bir neçə şəhərdə daha 305 nəfər saxlanılb.

Saxlanılanlardan 90 nəfəri azərbaycalılardır və onlar SEPAH-ın Zəncan əyalətindəki qərargahının təhlükəsizlik əməkdaşları tərəfindən həbs olunublar.

İran televizyası saxlanılanların etiraz aksiyalarında təşkilatçılıq etdiklərini, onların dövlət və xalqa məxsus əmlakı dağıtdıqlarını, monarxist və terrorçu qruplara bağlı olduqlarını iddia edib.



Xəbər xətti