Türkiyədə yenidən zəlzələ baş verdi

11:32 24 Yanvar 2026

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.

Zəlzələ 10:34-də, 6,91 kilometr dərinlikdə, 4,2 bal gücündə qeydə alınıb.

Xatırladaq ki, bundan öncə Türkiyənin Balıkesir bölgəsində 5,1 maqnitudalı zəlzələ baş verib



Xəbər xətti