Pakistan və İranın xarici işlər nazirləri, Məhəmməd İshaq Dar və Abbas Arakçı telefon danışığı aparıblar.
Sitat.info xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi X platformasında paylaşım edib.
Məlumata görə, danışıqlar zamanı regional və beynəlxalq aktual məsələlər müzakirə olunub.
Araqçi həmkarına Pakistanın İrana göstərdiyi sabit dəstəyi və Cenevrədə BMT İnsan Haqları Şurasındakı mövqeyi, eləcə də İranla bağlı qətnaməyə qarşı səs verdiyi üçün təşəkkürünü bildirib. O, həmçinin Pakistanın Baş naziri, hökuməti və xalqına göstərilən həmrəylik üçün dərin minnətdarlığını çatdırıb.