Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.
Sitat.info xəbər verir ki, bu haqda AFFA məlumat yayıb.
Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N. Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.