Yeniyetmə qardaşlar qəzaya düşdü, biri öldü

16:13 24 Yanvar 2026

Neftçalada baş verən qəzada yeniyetmə ölüb.

Sitat.info xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub.

VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti