Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info -nun Qafqazinfo-ya istinadən məlumatına görə, qəza rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes Sprinter” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Qəza zamanı “VAZ 2106”da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Ələkbərov Murad Sabir oğlu ağır xəsarət alıb.
Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun 16 yaşlı qardaşı isə müxtəlif bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.