Onlar Suriyanın ayrılmaz hissəsi olacaq - Ərdoğan

17:12 24 Yanvar 2026

İkinci Dünya Müharibəsindən sonra qurulan qlobal nizam dağılır.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində ictimaiyyət qarşısında çıxışı zamanı deyib.

Ərdoğan eyni zamanda Suriyada baş verən son hadisələrə də toxunub:

 

“Suriya ordusu tərəfindən terror təşkilatları işğal etdikləri yerlərdən tədricən çıxarılır. Keçmiş rejim dövründə vətəndaş sayılmayan kürd qardaşlarımız yeni Suriyanın ayrılmaz hissəsinə çevrilir. Bölgədəki terror təhlükəsinin aradan qaldırılması təkcə Suriya xalqına deyil, bütün bölgəyə rahatlıq gətirəcək. Vahid və təhlükəsiz Suriyanın qalibləri ərəblər, türkmənlər, kürdlər və bütün digər Suriya vətəndaşları olacaq”.



Xəbər xətti