Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq: Ərazilər AÇIQLANDI
Azərbaycanın digər rayonlarında da qəzalı binalar müəyyən edilib və bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kifayət qədər məlumat mövcuddur.
Ümumilikdə, ölkə üzrə qəzalı binalar müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib. Gələcəkdə Gəncə və digər regionlarda da eyni prosesin aparılması gözlənilir.
Proses, əsasən, üç mərhələdən ibarətdir. Birinci mərhələdə ekspertiza keçirilir və binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmadığı müəyyən edilir. Bu barədə rəy hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunur. İkinci mərhələdə inventarizasiya aparılır - mənzillərin ölçüləri, yerləşməsi və digər texniki məlumatlar toplanır. Üçüncü mərhələdə isə qiymətləndirmə həyata keçirilir və kompensasiya məbləği müəyyən olunur.
Bundan sonra ərazidə bina tikintisinin investor, dövlət büdcəsi və ya dövlət-investor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edilir və prosesə start verilir".
Xatırladaq ki, ötən gün Sumqayıt şəhərində irimiqyaslı yeni urbanizasiya layihəsinin icrasına başlanılmasının planlaşdırıldığı söylənib. Layihə çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərində yerləşən taxta "fin evləri"nin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir. Məlumata görə, layihə şərti olaraq "Şanxay" adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların - məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.