Trampın Avropadakı baş müşaviri odur - FT

18:01 24 Yanvar 2026

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Avropadakı baş müşaviridir.

Sitat.info Oxu.az-a istiandən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" baş katibə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, məhz M.Ruttenin sayəsində D.Tramp Qrenlandiya və Avropaya maliyyə tarifləri ilə bağlı ritorikasını yumşaldıb. Bunun müqabilində Avropa liderləri sadəcə adada ABŞ-ın mümkün iştirakını müzakirə etmək barədə razılığa gəliblər.

Mənbələr qeyd ediblər ki, 14 il ərzində Niderlandın baş naziri olması Rutteyə kompromis tapmağı və saziş bağlamaq yollarını öyrədib.

Leyden Universitetinin (Niderland) dosenti Ernst Diykşornun sözlərinə görə, M.Rutte D.Trampla münasibətlərində "sualtı üzmə" prinsipini hər kəsdən daha yaxşı başa düşür: Su altında qalmaq, dalğa yaratmamaq və nəticə əldə etmək üçün yalnız lazım olduqda suyun üzünə çıxmaq...

Qeyd edək ki, Mark Rutte NATO-ya 1 oktyabr 2024-cü ildən rəhbərlik edir. O, 2010-cu ildən 2024-cü ilə qədər Niderlandın baş naziri olub.Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın Avropadakı baş müşaviridir.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, bu barədə "Faynənşl Tayms" baş katibə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, məhz M.Ruttenin sayəsində D.Tramp Qrenlandiya və Avropaya maliyyə tarifləri ilə bağlı ritorikasını yumşaldıb. Bunun müqabilində Avropa liderləri sadəcə adada ABŞ-ın mümkün iştirakını müzakirə etmək barədə razılığa gəliblər.

Mənbələr qeyd ediblər ki, 14 il ərzində Niderlandın baş naziri olması Rutteyə kompromis tapmağı və saziş bağlamaq yollarını öyrədib.

Leyden Universitetinin (Niderland) dosenti Ernst Diykşornun sözlərinə görə, M.Rutte D.Trampla münasibətlərində "sualtı üzmə" prinsipini hər kəsdən daha yaxşı başa düşür: Su altında qalmaq, dalğa yaratmamaq və nəticə əldə etmək üçün yalnız lazım olduqda suyun üzünə çıxmaq...

Qeyd edək ki, Mark Rutte NATO-ya 1 oktyabr 2024-cü ildən rəhbərlik edir. O, 2010-cu ildən 2024-cü ilə qədər Niderlandın baş naziri olub.



Xəbər xətti