UEFA Çempionlar Liqasında komandaların mövsüm ərzində futbolçu dəyəri və əldə etdikləri nəticələrə əsasən sıralanması hazırlanıb. Azərbaycanın “Qarabağ” futbol klubu xüsusi statistik siyahında 17 xalla lider olub. Klub, heyəti bazar dəyərinə görə Çempionlar Liqasında gözləniləndən daha yaxşı performans göstərən birinci komanda olub.
Sitat.info xəbər verir ki, siyahıda ikinci pillədə “Qalatasaray” (10), üçüncü yerdə “Bavariya” (8), dördüncü isə Atalanta (8) qərarlaşıb. Ümumilikdə siyahıda 18 komanda yer alıb.
“Qarabağ”ın transfermarkt.com məlumatına görə, komandanın futbolçu heyətinin bazar dəyəri 28,65 milyon avrodur. Bu göstərici klubun xarici arenada göstərdiyi nəticələrə nisbətən yüksək səmərəlilik nümayiş etdirdiyini ortaya qoyur. Yəni az büdcə ilə maksimum nəticə göstərməklə “Qarabağ” UEFA-nın statistik göstəricilərində birinci yerdə qərarlaşıb.
Bu uğur, Azərbaycan futbolunun beynəlxalq arenada artan rəqabət qabiliyyətini və komandanın strategik idarəçiliyi ilə yüksək performansını vurğulayır.
///Bakupost.az