Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

18:22 26 Yanvar 2026

Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.
 
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
 
Onun sözlərinə görə, BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq.
 
Qeyd edək ki, COP17 bu il oktyabrın 18-30-da Ermənistanda keçiriləcək.



Xəbər xətti