Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz hava məkanı, ərazisi və ya sularının İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
“BƏƏ Xarici İşlər Nazirliyi İrana qarşı hər hansı düşmən xarakterli hərbi əməliyyatlarda öz hava məkanı, ərazisi və sularından istifadənin yolverilməzliyi prinsipinə, eləcə də bununla bağlı hər hansı maddi-texniki dəstəyin göstərilməsinin yolverilməzliyi prinsipinə sadiqliyini bir daha təsdiqləyir”, - bildirilib.
Nazirlik vurğulayıb ki, münaqişələrin həlli üçün yalnız dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlət suverenliyinə hörmət ən effektiv yoldur.