TRIPP layihəsini müzakirə etdilər

19:47 26 Yanvar 2026

Ermənistan və ABŞ nümayəndələri “Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasını və regional sülh prosesini müzakirə ediblər.

Sitat.info xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin sədri Sarqis Xandanyan və ABŞ Konqresinin nümayəndəsi Lens Kokonos arasında keçirilən görüşdə əsas diqqət TRIPP layihəsinin praktiki addımlarına yönəldilib

Məlumata görə, tərəflər layihənin reallaşdırılmasının vacibliyini vurğulamaqla yanaşı, yaxın gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Həmçinin Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindəki son hadisələr və regional məsələlər xüsusi diqqət mərkəzində olub.

Xatırladaq ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan sözügedən layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannaməyə əsaslanır.



Xəbər xətti