Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi

20:37 26 Yanvar 2026

 

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

Sitat.info xəbər verir ki, bu barədə Mehriban Qadın Uşaq Sığınacağının sosial şəbəkə hesabında paylaşım edilib.

“Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib”, - deyə paylaşımda bildirilib.

///Qafqazinfo 

 

 
 
 



Xəbər xətti