Azərbaycan və Türkiyə arasında yeni razılaşma...

18:12 27 Yanvar 2026

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

Sitat.info xəbər verir ki, ADY sədri Rövşən Rüstəmov və TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt tərəfindən imzalanan memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.



Xəbər xətti