Ukraynada qətldə şübhəli bilinən kişi 4 polisi güllələyərək öldürüb

19:38 27 Yanvar 2026

Ukraynanın Çerkası vilayətində bu gün qətldə şübhəli bilinən şəxsin saxlanılması zamanı Ukrayna Milli Polisinin dörd əməkdaşı atışmada ölüb.
 
Bu barədə "RBK-Ukrayna” Ukrayna Milli Polisi rəhbəri İvan Vıqovskinə istinadən məlumat yayıb.
 
Məlumata görə, şübhəli şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərib.
 
"Qətl törətməkdə şübhəli bilinərək axtarışda olan şəxs saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı atəş açıb. Qatil polis xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilib”, – Vıqovski bildirib.
 
///apa



Xəbər xətti