Qırğızıstan miqrantlarla bağlı Rusiyaya qarşı iddia qaldırdı

20:23 27 Yanvar 2026

Qırğızıstan əmək miqrantlarının ailə üzvlərinə icbari tibbi sığorta kartı verməkdən imtina etdiyinə görə Avrasiya İqtisadi İttifaqı (Aİİ) Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.
 
Bu barədə İcbari Tibbi Sığorta Fondunun (İTSF) sədri Əzəmət Mukanov yanvarın 27-də Joqorku Keneşin (Parlament) komitə iclasında bildirib.
 
Onun sözlərinə görə, Aİİ-nin icbari tibbi sığorta kartı yalnız Rusiyada işləyən üzv dövlətlərin vətəndaşlarına deyil, həm də onların ailə üzvlərinə verilməsini tələb edən bir müqaviləsi var.
 
"Qırğızıstan tərəfi Aİİ müqavilələrində göstərilən tələblərə əməl etməyən Rusiya tərəfinə qarşı iddia qaldırıb. İcbari tibbi sığorta kartı Rusiyada işləyənlərin ailə üzvlərinə də verilməlidir", - Mukanov deyib.
 
Bu məsələnin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Qırğızıstana səfəri zamanı qaldırıldığı da bildirilib.
 
///apa



Xəbər xətti