“Baku Medical Plaza”da yanğın oldu

16:33 28 Yanvar 2026

Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın baş verib.

 
 Sitat.info oxu.az-a istinadla xəbər verir ki, yanğın qısaqapanmadan baş verib.
 
Bildirilib ki, xəsarət alan olmayıb:
 
"Bu gün saat 13:50 radələrində "Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib.
 
Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb".



Xəbər xətti