Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, rayon sakini polisə müraciət edərək "Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.