Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

18:39 28 Yanvar 2026

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Qeyd olunub ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.

Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov isə öz X hesabında yazıb ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:

"Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!"



Xəbər xətti