Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

18:50 28 Yanvar 2026

Prezident İlham Əliyev Azərbaycanın böyük şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sitat.info xəbər verir ki, sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.



Xəbər xətti