İrəvanda güclü yanğın baş verdi

15:15 29 Yanvar 2026

İrəvandakı “Silk Soft” salfet fabrikində güclü yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

“Yanğın barədə saat 14:15-də məlumat verilib. Hadisə yerinə altı yanğınsöndürmə və xilasetmə qrupu göndərilib. Daha sonra hadisə yerinə daha 9 yanğınsöndürmə briqadası gəlib. Yanğın öncə ikinci, sonra isə üçüncü dərəcəli təsnif olunub”, - məlumatda deyilib.

Yanğın zamanı xəsarət alanların olmadığı bildirilib.



Xəbər xətti