Bakıda azyaşlı uşağın valideynləri axtarılır.
“Sitat.info” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.
Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar:
"YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.
Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".
Polis əməkdaşları Səidlə söhbət aparıb, lentə alıblar.
Sitat.info həmin videonu təqdim edir:
@sitat.info TƏCİLİ! Valideynləri axtarılır ♬ original sound - Sitat.info xəbər portalı