Prezident bu Tədbirlər Planını təsdiq etdi

17:24 30 Yanvar 2026

Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
 
Sitat.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməlidir.
 
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



Xəbər xətti