“Rusiya TRİPP-ə qoşulmaq istəyir” – Zaxarova

18:00 30 Yanvar 2026

Rusiya “TRIPP” layihəsində iştirak imkanlarını nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanla iqtisadi sahədə əməkdaşlıq əlaqələrini saxlayır.

“Moskva “Tramp Marşrutu” kimi tanınan TRIPP layihəsinə qoşulma imkanlarını, o cümlədən “Rusiya Dəmir Yolları”nın malik olduğu unikal təcrübənin istifadəsini araşdırmağa hazırdır. İlk növbədə layihənin həyata keçirilməsi mexanizmləri ilə tanış olmaq vacibdir. Anladığımız qədəri ilə, təşəbbüs hələ ilkin mərhələdədir. İrəvana ünvanladığımız və bütün maraqlı tərəflərin iştirakı ilə məsləhətləşmələrin aparılmasını nəzərdə tutan təklifimiz qüvvədə qalır”, – deyə Zaxarova vurğulayıb.

/Bakupost.az 



Xəbər xətti