BMT üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin qaytarılmasını tələb edən büdcə qaydası səbəbindən qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşir.
Sitat.info xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, təşkilatdakı böhranın dərinləşməsi proqramların həyata keçirilməsinə təhlükə yaradır və maliyyə çöküşü riskini artırır.
"Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək", - o qeyd edib.
Baş katibin hesablamalarına görə, təşkilatın maliyyə ehtiyatları iyul ayına qədər tükənə bilər.