Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

13:40 2 Fevral 2026

Rusiyanın Orenburq vilayətində təlim təyyarəsi qəzaya uğrayıb, üç nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hadisə Orsk yaxınlığında baş verib. Göyərtədə Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir müəllimi olub. Təyyarə təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.



Xəbər xətti