2 ildir bağlı olan Rəfah sərhəd keçid məntəqəsi qismən yenidən açılıb.
Sitat.info xəbər verir ki, hər gün 150 nəfərin Qəzzanı tərk etməsinə, 50 nəfərin Qəzzaya girməsinə icazə veriləcək.
Qeyd edək ki, Rəfah sərhəd keçid məntəqəsi Qəzza zolağı ilə Misir arasında yerləşən və bölgə üçün strateji əhəmiyyət daşıyan əsas keçid nöqtələrindən biridir. Bu keçid məntəqəsi Qəzza sakinlərinin xarici dünya ilə əlaqə qurmasında mühüm rol oynayırdı. Humanitar yardımların, tibbi təxliyələrin və məhdud sayda sərnişin keçidinin həyata keçirilməsi əsasən Rəfah üzərindən mümkün olur.
İki ildir israilin hücumları səbəbindən bağlı olan Rəfah sərhəd keçidi bölgədəki humanitar vəziyyətə birbaşa təsir göstərən əsas amillərdən biri hesab olunur.
Tehran,
Sitat.info