Keçmiş ABŞ prezidenti Bill Klinton və 2016-cı il Demokratların prezidentliyə namizədi Hillari Klinton, "Epşteyn işi" ilə bağlı Konqresin istintaqında ifadə verəcəklər.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, bu qərar, Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasında iki tanınmış demokratı hörmətsizlikdə ittiham etmək üçün planlaşdırılan səsverməni önləyə bilər.
Qeyd edək ki, ABŞ Ədliyyə Departamentinin Epşteynə aid minlərlə daxili sənədi son zamanlarda yayın və mərhum maliyyəçi və cinsi təcavüzkarın siyasət, maliyyə, akademiya və biznes sahəsində bir çox tanınmış insanlarla əlaqələrini ortaya çıxarıb.
Tehran,
Sitat.info