Ölkə prezident Donald Tramp əvvəldən açıq şəkildə mövqeyini ortaya qoyub: İslam Respublikası heç vaxt nüvə silahı əldə edə bilməyəcək.
Sitat.info xəbər verir ki, bunu dünən ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.
Heqset vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyi Tehranın ya danışıqlar yolunu seçməsi, ya da alternativ addımlarla üzləşməsi üçün hər an hazırdır. O, “Gecəyarısı Çəkic” əməliyyatına istinad edərək bu hazırlığın vacibliyini qeyd edib.
Müdafiə naziri deyib ki, Tramp münaqişəyə doğru getmək istəmir, ancaq departamentin vəzifəsi tam hazırlığı qorumaqdır. Heqset ABŞ-nin “həddindən artıq hazır” vəziyyətdə olduğunu açıqlayıb.
O, ABŞ prezidentinin sülhə və razılığa sadiqliyini vurğulayıb və qeyd edib ki, nəticə İranın danışıqlara nə qədər ciddi yanaşmasından asılı olacaq.
Məğrur,
Sitat.info