Paris Prokurorluğu X şirkətinin Fransa ofisində axtarış aparıb.
Sitat.info xəbər verir ki, Paris Prokurorluğunun açıqlamasına görə, jandarmanın kibercinayətlərlə mübarizə bölməsi Europol-la birgə X şirkətinin Parisdəki ofislərində axtarış həyata keçirib. Axtarışların 2025-ci ilin yanvarında başladılan istintaq çərçivəsində aparıldığı bildirilib.
Prokurorluq, X platformasına inteqrasiya olunan Grok adlı süni intellekt alətinin yəhudi soyqırımını inkar edən və “deepfake” materiallar yayması ilə bağlı şikayətlərdən sonra istintaqın genişləndirildiyini açıqlayıb.
X platformasının sahibi Elon Mask və keçmiş icraçı direktor Linda Yaccarino 20 aprel tarixində Parisdə ifadə verməyə çağırılıb.
Tehran,
Sitat.info