Tramp: “Hazırda İranla danışıqlar aparırıq”  

10:34 4 Fevral 2026

Vaşinqton hazırda İranla birbaşa danışıqlar aparır və Tehran tərəfinin konkret addımlar atıb-atmayacağı diqqətlə izlənilir.

Sitat.info xəbər verir ki, bu sözləri dünən ABŞ prezidenti Donald Tramp deyib. 

Trampın sözlərinə görə, İran tərəfi müəyyən razılaşmalara getmək niyyətindədir, ancaq ABŞ bunun real nəticə verib-verməyəcəyini dəyərləndirir. “İranlılar nəsə etmək istəyirlər və biz də görməliyik ki, həqiqətən nəsə edilib-edilməyib”, – deyə o, vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, daha əvvəl İranın oxşar imkanları olsa da, bu baş tutmayıb və nəticədə Vaşinqton “Gecəyarısı Çəkic” adlandırılan əməliyyatı həyata keçirib. Tramp həmin əməliyyatın detalları barədə danışmasa da, bunun ciddi mesaj xarakteri daşıdığını bildirib.

Onun fikrincə, Tehran belə bir ssenarinin yenidən təkrarlanmasını istəmir.

Aytac,

Sitat.info 



Xəbər xətti