İlkin araşdırmadan sonra Liviya Baş Prokurorluğu keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın güllə yarasından öldüyünü təsdiqləyib. Qəddafinin oğlu qətli ilə bağlı istintaq başa çatana qədər dəfn olunmayacaq.
Sitat.info xəbər verir ki, bu barədə məlumat idarənin Facebook səhifəsində dərc olunub.
"Qurbanın odlu silahla öldürüldüyü müəyyən edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları dəlil axtarmağa, şübhəlilərin müəyyənləşdirilməsinə və hadisə ilə bağlı cinayət işi açmaq üçün lazımi sənədlərin hazırlanmasına başlayıb.
3 fevralda Liviya əl-Əhrar televiziyası Qəddafinin oğlunun ölümü barədə məlumat yayıb. Televiziya stansiyasının məlumatına görə, hadisə ölkənin qərbindəki Əz-Zintan şəhərində baş verib. Mərhumun vəkili Xalid əl-Zeydi onun qətlini təsdiqləyib. Əl-Hədət TV-nin Qəddafi ailəsinə yaxın mənbələrinə görə, Seyf əl-İslam evinin yaxınlığındakı bağda olarkən ölümcül yaralanıb. Hadisə yerindən qaçan dörd hücumçu olub.
Məğrur,
Sitat.info