"Epşteyn tələsi" Rusiya KQB-si tərəfindən planlaşdırılıb - Donald Tuskdan ŞOK AÇIQLAMA

13:48 4 Fevral 2026

Polşa Baş naziri Donald Tusk Epşteyn sənədləri haqqında danışıb.

Sitat.info xəbər verir ki, o bu məsələdə Rusiya prezidenti Putinin əlinin olduğunu iddia edib. 

"İndiyə qədər dərc olunmuş sənədlərdə Vladimir Putinlə birbaşa bağlı 1000-dən çox sənəd və Moskva ilə bağlı 9000 sənəd var. Mən Rusiyanın siyasi mühitindən danışıram. ABŞ Federal Təhlükəsizlik Bürosu bildirir ki, cənab Epşteynin Vladimir Putinin sərvətinin bir hissəsini idarə etdiyinə dair məlumatlara malik olub.

Epşteynin bütün mesajlarını, elektron poçtlarını və sənədlərini arxivləşdirdiyi məlumdur. O, videoları və fotoşəkilləri arxivləşdirib. O, nüfuzlu Qərb liderlərini - prezidentləri, baş nazirləri və dünyanın ən böyük şirkətlərinin rəhbərlərini qeydə alıb və lentə alıb".

Donald Tusk bunun Rusiya KQB-nin qurduğu tələ olduğunu istisna etməyib: "Getdikcə daha çox şərhçi və ekspert bunun, ehtimal ki, Rusiya KQB-si tərəfindən planlaşdırılmış bir əməliyyat, sözdə "bal tələsi", şirin bir yem, Qərb dünyasının, əsasən ABŞ-ın elitası üçün qurulmuş bir tələ olduğunu irəli sürür".

Tehran,

Sitat.info



Xəbər xətti