Yunanıstanda miqrant qayığı gəmi ilə toqquşdu: 15 nəfər öldü

15:02 4 Fevral 2026

Egey dənizində, Yunanıstanın Xios adası yaxınlığında miqrantları daşıyan qayıq Sahil Mühafizənin gəmisi ilə toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Yunanıstan Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd olunub ki, qayıqda azı 40 miqrant olub. Hadisə nəticəsində 15 miqrant ölüb, 25-i isə xilas edilib.

Məlumata görə, xilas edilənlərin əksəriyyəti Əfqanıstan vətəndaşlarıdır, onlar xəstəxanaya yerləşdirilib.



Xəbər xətti